Velosiped necə seçilir?
1) Hansı məkan və yol şəraitində sürəcəyinizi müəyyən edin.
Sürəcəyiniz mühit və yol örtüyünə görə velosiped növləri başlıqlı yazısına baxaraq, doğru seçim edə bilərsiniz.
Şəhərdə günlük az məsafəli turlar edəcəksinizsə, şəhər velosipedi kateqoriyasına baxın.
Əgər gündəlik əyləncəli vaxt keçirəcəksinizsə, velosiped keyfiyyəti o qədər önəmli deyilsə hər hansı bir ucuz velosipedi (ölçüsünün doğru olması şərti ilə) götürə bilərsiniz.
Həm nahamar yollarda həm də asfalt örtdükdə kifayət qədər sürət yığmaq istəyirsinizsə, hybrid (nisbətən sürətli, nisbətən rahat) velosipedini seçə bilərsiniz.
Mütəmadi şəkildə nahamar yollarda sürəcəksinizsə, adrenalin dolu sürüşlər, tullanışlar etmək istəyirsinizsə dağ (daha çox rahat) velosipedlərinə baxın.
Fit bədən quruluşuna sahib olmaq, əzələ kütlənizini artırmaq istəyirsinizsə və asfalt örtükdə sürəcəksinizsə şosse (daha çox sürətli) velosipedlərinə baxın.
2) Velosiped ölçüsünü təyin edin.
Velosiped ölçüsü təkər ölçülərinə görə deyil, çərçivə (rama) ölçüsünə görə seçmək lazımdır. Fiziologiyanıza uyğun çərçivə ölçüsünü bu yazıdakı məlumatlarla təyin edin.
3) Vizual görünüşünə görə yox, markasına fikir verin.
Çin istehsalı (kitay) velosipedlər, heç bir velosiped firmasına aid olmayan və ya qəribə marka adı olan velosipedlərdən uzaq durun. Fəaliyyəti çərçivə (rama) dizaynlarına, keyfiyyətinə önəm verən markalardan məhsul alın. Seçim edərkən velosipedin təchiz olunan sistemlərinə görə müqayisə aparın.
4) Ötürücü (skorus) sistemi 1 və ya 2 səviyyə yuxarı olan velosipedləri götürün. Əgər maddi vəziyyətiniz buna şərait yaradırsa.
Shimano firmasının dağ velosipedləri üçün olan siyahısı (bahadan-ucuza):
- XTR
- XT
- SLX
- Deore
- Alivio
- Acera
- Altus
- Tourney
Shimano firmasının yol velosipedləri üçün olan siyahısı (bahadan ucuza):
- Dura Ace
- Ultegra
- 105
- Tiagra
- Sora
- Claris
Sram firmasının dağ velosipedləri üçün olan siyahısı (bahadan-ucuza):
- XX1
- XX
- X01
- X0
- GX
- NX
- X9
- X7
- X5
- X4
- X3
Sram firmasının yol velosipedləri üçün olan siyahısı (bahadan ucuza):
- Red eTap AXS
- Red eTap
- Red
- Force eTap AXS
- Force
Rival eTap AXS
- Apex 1
- Apex
Campagnolo firmasının yol velosipedləri üçün olan siyahısı (bahadan ucuza):
- Super Record EPS
- Super Record
- Record EPS
- Record
- Chrous
- Athena
- Centaur
- Veloce