CategoriesBloq Velosipedlə tanışlıq

Çərçivə ölçüsü necə seçilir? 2-ci hissə

dogru velosiped olcusu pedalchi.az

Çərçivə (rama) nədir?

pedalchi.az ölcu cedveli

Əksər hallarda aluminum və karbon materialından hazırlanır. Bəzi modellər də titanium, polad  materiallarını da görmək olur. Çərçivənin ən yayılmış və ən çox istifadə olunan dizaynı ikili üçbucaq dizaynıdır. Əsas üçbucaq və arxa üçbucaq. Məşhur adı “almaz üçbucaq”-dır (diamond frame). Hal-hazırki çərçivə dizaynları velosipedçinin sürüş üslubuna görə fərqli şəkillərdə istehsal olunur. Komfort, sürət, dağ, aero (küləyə dözümlü), və.s. Bu mövzu (çərçivə fərqliliyi) özü-özlüyündə geniş məzmuna sahibdir (və əsas mövzulardan biridir).

 

 

Çərçivə ölçüsü nəyə görə doğru seçilməlidir?

 

Ölçünü doğru təyin etmək sizin velosiped üzərində edəcəyiniz tənzimlənmələrə görədir. Yəni, oturacağın ön/arxa mövqeyini, hündürlüyünü və.s kimi ölçüləri doğru tənzimləmək üçün çərçivə ölçüsünün doğru seçilməsi labüddur. Məsələn, siz kiçik ölçülü çərçivə alsanız, oturacaq borusu da kiçik olacaqdır beləliklə, sizin doğru oturacaq hündürlüyünüzə kifayət etməyə bilər. Əgər çərçivə ölçüsünü doğru seçməsəniz bel, diz, diz arxası, çiyin və.s kimi əzalarınız ağrayacaqdır.  Sözügedən ağrılar heç olmaya da bilər. Bu səbəblə ki, insan bədəni ağrıları gücünün çatdığı zamana qədər müdafiə edə bilir. Müdafiə etməyə artıq gücü qalmaqdıqda şiddətli ağrı ortaya çıxır və artıq müdafiəsini bacarmadığı fəsad da (məsələn diz zədəsi) özünü ciddi şəkildə göstərir.

 

Velosiped seçərkən təkər ölçüsünə yoxsa çərçivə ölçüsünə baxmaq lazımdır?

 

Velosiped məşqçiləri, bike fit mütəxəssiləri təkər ölçüləri velosiped seçilməsini mif və yalnış adlandırır. Bu səbəblə ki, velosiped 29 inch təkərə ola bilər ancaq çərçivə balaca olarsa, siz adi oturacaq hündürlüyünün tənzimləməsini edə bilməyəcəksiniz. Çünki, şərçivə geometriyası buna icazə verməyəcəkdir. Təkər ölçüləri məhz sürüş şəraitinə görə çərçivə ölçüləri isə, fiziologiyanıza uyğun təyin edilir.

 

Çərçivə ölçüsü barədə (cüzi olaraq) fərqli ölçü cədvəlləri mövcuddur. Həmin ölçü cədvəlləri sizə dəqiq ölçünü deyil, təqribi ölçünü verəcəkdir. Doğru ölçünü təyin etmək üçün isə, alınacaq velosiped markasının rəsmi səhifəsindəki ölçü cədvəlinə baxmaq ən doğru seçimdir.

 

1) MTB (dağ), şəhər velosipedləri üçün

 

Əgər alacağınız velosiped markasının ölçü cədvəli yoxdursa, ən yaxın çərçivə ölçü cədvəli olaraq aşağıdakı cədvələ baxa bilərsiniz:

pedalchi.az cercive olcusu

pedalchi.az cercive olcusu

Təqribi ölçünü müəyyən etdikdən sonra dəqiq ölçünü seçmək üçün aşağıdakı (şosse velosipedlər bölmündəki) təlimatları edin.

 

2) Şosse velosipedlər üçün

Əgər alacağınız velosiped markasının ölçü cədvəli yoxdursa, ən yaxın çərçivə ölçü cədvəli  olaraq aşağıdakı cədvələ baxa bilərsiniz:

pedalchi.az cercive olcusu

pedalchi.az cercive olcusu

Dəqiq ölçünü seçmək üçün ediləcək təlimatlar:

 

Ölçünü təyin etdikdən sonra, oturacağın hündürlük məsafəsini tənzimləyirik, (doğru hündürlük tənzimlənməsi üçün bax). Daha sonra oturacağın ön/arxa tənzimlənməsini edirik (doğru tənzimlənmə üçün bax). Ön/arxa tənzimlənməsində əgər ip pedal çubuğunun ucundan 1 və ya 1.5 sm arxada yaxud qabaqda olarsa, həmin çərçivə sizə uyğundur. Əgər məsafə 2-3 sm və daha artıq olarsa həmin çərçivə sizin üçün uyğun olmayacaqdır.

 

Ön/arxa tənzimlənməsində ipin dayandığı ideal mövqe:

pedalchi.az ölcu cedveli

 

Sözügedən tənzimlənmələri etdikdən sonra, sürüş zamanı oturduğunuz kimi velosiped üzərində oturun. Əgər çiyinlər rahatdırsa, və biləyiniz çox kiçik miqdarda bükülü qalırsa, belinizə çox ağrı düşmürsə, bu ölçü sizin üçün doğrudur. Şossedə oturduğunuz zaman isə hood-lardan (sükan buynuzundan) tutub, yuxarıda sadalanan ağrıların olub-olmadığını müəyyən edin.

 

Şosse velosipedlərində duruşunuz bu vəziyyətdə olmalıdır:

pedalchi.az ölcu cedveli

 

MTB velosipedlərində duruşunuz bu vəziyyətdə olmalıdır (dirsəklər çox cuzi şəkildə qırıq qalmalıdır):

 

pedalchi.az ölcu cedveli

 

Əgər 2 çərçivə ölçüsü arasında qərar verilə bilməzsə (məsələn: 54 sm daha uyğundur yoxsa 56 sm?), bu zaman ayaq və gövdə uzunluğuna baxılmalıdır. Belə ki, əgər gövdə ayaqdan uzun olarsa kiçik ölçünü, əksinə (yəni ayaq gövdədən uzun) olarsa, böyük ölçünü götürmək tövsiyə olunur. Lakin, bu seçimi etdikdən sonra belə yuxarıdakı təlimatlara riayət edin. Əgər həmin təlimatlara uyğun olarsa, həmin çərçivəni istifadə edə bilərsiniz.

pedalchi.az ölcu cedveli

Çərçivə ölçüsü barədə daha dəqiq seçim etmək üçün Pedalchi servisi ilə əlaqə saxlayın.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir