pedalchi.az

Haqqımızda

Bizi yaxından tanıyın!

About Pedalchi

PEDALCHI TARİXÇƏSİ

2016-ci ildən xidmətinizdəyik 😉

Pedalchi ilk dəfə VeloKuryer şirkətinin nəznində, velosiped xidmətləri olaraq fəaliyyətə başlayıb. 

Ölkədə ilk dəfə VeloTəlim

İllərin təcrübəsinə malik peşəkar təlimçi ilə Azərbaycanda bir ilk olan VeloTəlimlərimiz!

Bu təşəbbüs ilk dəfə 2016-cı ildə velosipedlərin təlimi ilə başlayaraq növbəti ildə keyfiyyətli velosipedlərin icarəsi və ölkədə ilk dəfə velotəlim xidmətinin yaranmasına qədər gətirib çıxardı. Velosiped sürməyin həm fiziki, həm də ruhi sağlamlığa təsirləri barədə, yəqin ki, hər kəs məlumatlıdır. Araşdırmalar göstərir ki, gündə sadəcə yarım saat belə velosiped sürmək infarkt və digər bu cür problemləri 80%-ə qədər azaldır. Eyni zamanda, stresi azaldaraq özünüzü daha yaxşı hiss etməyinizə şərait yaradır.

Bir də bunu günlük həyatınızın kiçik və maraqlı bir fəaliyyəti kimi düşünün, əyləncəlidir, elə deyil?

Təbii ki, velosiped sürməyi öyrənənlər üçün də velotəlimlərimiz öz tempində davam edir. Hətta xanımlarımız velotəlimlərə daha çox həvəslidir. İkinci bir maraqlı fakt isə velosiped sürməyi öyrənmək istəyən şəxslərin, adətən, 40+ yaş qrupundan olmalarıdır. Bu çox əla faktdır!

Deməli, öyrənməyin nə yaşı, nə də cinsiyyəti yoxdur. Elə bu gün velotəlimlər üçün qeydiyyatdan keçin və həyatınızı müsbət yöndə dəyişdirəcək qərar üçün ilk addımı atmış olun. Gerisini isə biz həll edəcəyik😉

Dünyaca məşhur VeloTurizm də ölkəmizdə ilk dəfə Pedalchi tərəfindən həyata keçirilib.  

Gördüyümüz işlər bunlarla yekunlaşmır, Pedalçı olaraq daha bir ilkə imza ataraq veloturizmin də ilkin təməlini qoyduq.

Avropa ölkələri və Amerikanın ən geniş yayılan tur növlərində biri olan veloturlar Azərbayanda bizim tərəfimizdən həyata keçirilir.

Peşəkar bələdçi tərəfindən həyata keçirilən veloturlarımıza indiyə qədər Almaniya, Niderland, İsveçrə və digər Avropa ölkələrindən gələn turistlər, xarici ölkə səfirliklərinin nümayəndələri, bir çox şirkət nümayəndələri öz komandaları ilə qoşularaq həm yeni dostluq və tanışlıqlar qazanıb, həm də velosipedlə şəhərin gözəlliklərini kəşf ediblər.

Eyni zamanda, ölkədə veloturizmə olan maraq da günü-gündən artır. Biz də öz növbəmizdə daha çox inkişaf edərək sizin üçün ölkədə ən maraqlı veloturları həyata keçirmişik, bundan sonra da daha möhtəşəm formada həyata keçirəcəyik!

İnkişaf yolumuz

İllər keçdikcə təklif etdiyimiz xidmətlərə olan marağın artdığını görərək həm xidmət keyfiyyətini, həm də xidmət sahələrini artırmağa başladıq. Artıq 2020-ci ildə velosiped sahəsində təklif etdiyimiz bütün xidmətlər VeloKuryer şirkətindən ayrılaraq Pedalchi brendi altında fəaliyyətə başladı. 

Hazırda biz velosipedlərin, skuterlərin, uşaq və əlil arabalarının təmiri, təlimi, icarəsi, ehtiyat hissələrinin satışı, velosiped tur və yarışlarının təşkili, aşınmış ehtiyat hissələrinin yenidən emalı, habelə əlil arabalarının ev ünvanlarındaca servisini həyata keçirməklə yanaşı, ən mühüm vəzifə olan velosipedçiləri maarifləndirməklə məşğul oluruq.

Hədəflərimiz

Velosipedi yayğınlaşdırmaq

Velosipeddən istifadənin faydalarını aşılamaq, velosipedçiləri bir araya toplamaq.

Velosipedçiləri maarifləndirmək

Velosipedçilərin və velosipedlərin sağlam və təhlükəsiz hərəkətinə yardımçı olmaq.

Velosipedi həyat təzinə çevirmək

Gündəlik həyatda, istər iş, istər idman, istər səyahət, istərsə də nəqliyyat olaraq velosipeddən istifadəni artırmaq.

VeloTurizmin təbliği və inkişafı

Ölkəmizin zəngin təbiətini həm yerli, həm də xarici turistlərə fərqli bucaqdan tanıtmaq.

why we pic

Niyə biz?

2014-cü il-dən etibarən fəaliyyətə başlamış olmaq, bu sahədə ilklərə imza atmaq, devalvasiya və pandemiya demədən dayanıqlı inkişaf edərək yeni xidmət sahələrini istifadəçilərə təqdim etmişik.

Hər müraciət olunan çətinliklə bağlı müxtəlif həll yolları təklif edərək məsələnin ən münasib yolla həllini tapılması, istifadəçilərin bizi seçməsinin başlıca səbəbidir. 

Təklif etdiyimiz yüksək xidmət seçimi imkanları hərkəs üçün həm vacib, həm münasib, həm də əlçatan olduğundan istifadəçilər bizi seçir, güvənir və əmanət edirlər. 

Sərfəli qiymətlə yüksək səviyyəli xidmət, zəmanətli təmir, problemin həllinə alternativ yanaşma və həll yolları.
Daha nə lazımdır ki? 😉

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
  • Attributes
  • Custom attributes
  • Custom fields
Click outside to hide the compare bar
Compare
Wishlist 0
Open wishlist page Continue shopping