CategoriesBloq Velosipedlə düzgün davranış

Oturacağın hündürlük tənzimlənməsi

pedalchi.az bikefit

Doğru təyinatı 3 yolla əldə edə bilərsiniz. 1) Velosipedi doğru şəkildə (düz, sürüş vəziyyəti) saxlayaraq oturacaqda əyləşin. Dabanınızı pedalın üzərinə qoyun və pedalı ən aşağı vəziyyətə gətirin (pedal tam şaquli, yəni saat 6 istiqamətdə olmalıdır). Bu zaman ayağınız çubuq kimi düz vəziyyətdə deyil də çox az miqdarda bükülmüş olmalıdır. 2) Digər təyinat məşhur “lemond” üslubudur. Bunun üçün iki ayaq arası (inseam leg) ölçünüzü tapmaq lazımdır. Belə ki, bel divara söykənilir, 1 ədəd kitab şaquli vəziyyətdə ayaqlarının arasına (ayaqların yuxarıda birləşdiyi hissəyə) qoyulur və kitabın üst hissəsindən yerə qədər olan məsafə ölçülür. Bu sizin “iki ayaq arası ölçü”-nüz olacaqdır. Daha sonra həmin ölçü rəqəmini 0,883-ə vururuq. Misal olaraq: 72 sm sizin kitabın üst hissəsindən yerə qədər olan məsafədir. 72*0,883=63,576 (63.5 sm)

Həmin 63.5 santimetrlik məsafəni ön ulduzun ortasından oturacağın tən ortasına qədər (şəkildə qırmızı rənglə işarə olunub) ölçərək oturacağı həmin məsafədə tənzimləyirik.

Əgər velosipedi spd ayaqqabı ilə istifadə edirsinizsə, bu ölçünü spd ayaqqabınızı geyindiyiniz halda tətbiq edin. Lakin, gündəlik ayaqqabılardan və yaxud hər dəfə fərqli bir ayaqqabı ilə istifadə edirsinizsə, çılpaq ayaqla ölçü etməniz tövsiyə olunandır.

3) Bu üslub isə, tövsiyə olunan və sizə daha həssas ölçü etmənizə şərait yaradacaqdır. Burada iki ayaq arası ölçünüzü 1.09-a vururuq.

Misal olaraq, iki ayaq arası ölçünü 72 sm olarsa;

72*1.09=78,48 (78.4 sm)

Bu zaman pedal çubuğunu oturacaq borusu ilə eyni istiqamətə gətiririk (şəkildə qırmız rənglə işarə edilib). Pedalın ortasından oturacağın tən ortasına qədər ölçərək oturacağı həmin məsafədə tənzimləyirik.

Bu üslubun bizə verdiyi müsbət cəhət velosipedlərin pedal çubuğunuzun uzunluğunu da nəzərə alıb tənzimlənmə etməmizdir. Bununla da daha həssas tənzimlənmə etməyə zəmin yaradır. Çünki, velosipedlərin çərçivə (rama) ölçülərinə görə müxtəlif pedal çubuq uzunluqlarına sahib olurlar. Məsələn: 170mm, 172.5 mm, 175 mm və.s

Daha dəqiq tənzimlənmə üçünd Pealchi servisə yaxınlaşa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir