CategoriesBloq Velosipedlə tanışlıq

Çərçivə ölçüsü necə seçilir? 1-ci hissə

dogru velosiped olcusu pedalchi.az

Çərçivə ölçüsü, (əksər velosipedlərdə) ön ülduzun ortasından oturacağın kilid yerinə qədər olan məsafədir.

cercive olcusu pedalchi.az

 

Çərçivə ölçüsü barədə (cüzi olaraq) fərqli ölçü cədvəlləri mövcuddur. Doğru ölçünü təyin etmək üçün alınacaq velosiped markasının rəsmi səhifəsindəki ölçü cədvəlinə baxmaq ən doğru seçimdir.

1) MTB (dağ), şəhər velosipedləri üçün

Əgər alacağınız velosiped markasının ölçü cədvəli yoxdursa, ən yaxın çərçivə ölçü cədvəli olaraq aşağıdakı cədvələ baxa bilərsiniz:

 

pedalchi.az ölcu cedveli

Təqribi ölçünü müəyyən etdikdən sonra dəqiq ölçünü seçmək üçün aşağıdakı (şosse velosipedlər bölmündəki) təlimatları edin.

 

2) Şosse velosipedlər üçün

 

Əgər alacağınız velosiped markasının ölçü cədvəli yoxdursa, ən yaxın çərçivə ölçü cədvəli  olaraq aşağıdakı cədvələ baxa bilərsiniz:

 

pedalchi.az ölcu cedveli

pedalchi.az ölcu cedveli

 

Dəqiq ölçünü seçmək üçün ediləcək təlimatlar:

 

Ölçünü təyin etdikdən sonra, oturacağın hündürlük məsafəsini tənzimləyirik, (doğru hündürlük tənzimlənməsi üçün bax). Daha sonra oturacağın ön/arxa tənzimlənməsini edirik (doğru tənzimlənmə üçün bax). Ön/arxa tənzimlənməsində əgər ip pedal çubuğunun ucundan 1 və ya 1.5 sm arxada yaxud qabaqda olarsa, həmin çərçivə sizə uyğundur. Əgər məsafə 2-3 sm və daha artıq olarsa həmin çərçivə sizin üçün uyğun olmayacaqdır.

 

Sözügedən tənzimlənmələri etdikdən sonra, sürüş zamanı oturduğunuz kimi velosiped üzərində oturun. Əgər çiyinlər rahatdırsa, və biləyiniz çox kiçik miqdarda bükülü qalırsa, belinizə çox ağrı düşmürsə, bu ölçü sizin üçün doğrudur. Şossedə oturduğunuz zaman isə hood-lardan (sükan buynuzundan) tutub, yuxarıda sadalanan ağrıların olub-olmadığını müəyyən edin.

pedalchi.az ölcu cedveli

 

Əgər 2 çərçivə ölçüsü arasında qərar verilə bilməzsə (məsələn: 54 sm daha uyğundur yoxsa 56 sm?), bu zaman ayaq və gövdə uzunluğuna baxılmalıdır. Belə ki, əgər gövdə ayaqdan uzun olarsa kiçik ölçünü, əksinə (yəni ayaq gövdədən uzun) olarsa, böyük ölçünü götürmək tövsiyə olunur.

 

 

Ölçü apardıqdan sonra hələdə əmin deyilsinizsə, Pedalchi servisə müraciət edin.

1 Comment

  1. Thanks for your blog, nice to read. Do not stop.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir