CategoriesBloq Velosipedlə tanışlıq

Velosiped seçimi zamanı etdiyiniz səhv!

Təkər ölçüləri

Velosiped alışı zamanı edilən ən böyük xətalardan biri təkərin ölçüsünə görə velosiped seçimi etməkdir. Təkər ölçüləri sürüş şəraitinə görə müəyyən olunur. Velosiped təkərlərinin ən geniş istifadə olunan 3 ölçü növü vardır.

 

26 inch

Bu ölçüyə sahib təkərlər manevr həssaslığı, çəkidə olan yüngüllüyü, sürət yığımı və yoxuşlardakı rahatlığı digər təkər ölçülərinə görə üstünlük təşkil edir. Lakin, maneə keçişlərində zəif təsir göstərir.

29 inch

Nahamar yollarda olan maneələrin keçişi bu növ təkərlərdə daha komfortlu olur. Həmçinin, dözümlülük və sürət cəhətdən də üstünlüyə sahibdir. Çəki cəhətdən isə, çox ağırdır.

27.5 və 28 inch:

Bu təkərlər həm 26 həm də 29 inch təkərlərin verdiyi üstünlüklərə qismən sahibdir. Yəni, 26 inch təkərlər qədər (tam olmasa da) manevr həssaslığı, yüngül olması, sürət yığımı, yoxuş rahatlığı vardır. 29 inch kimi də (tam olmasa da) maneə keçişi və dözümlülüyə sahibdir. Çəki cəhətdən isə, digər iki ölçünün ortalamasına bərabərdir. Hərçənd, burada təkər qalınlığı, təkər səthi (su kanallarının olması, slim və ya semi-slim) amillər kifayət qədər fərq yarada bilər.

 

Yəni, təkər ölçüləri bədən ölçüsünə görə deyil istifadə şəraitinə, sürüş tərzinə əsasən müəyyən edilir. Bədən ölçüsünə müvafiq seçim yalnız çərçivə (rama) ölçülərinə şamildir. 26 inch təkərlərdən kiçik ölçülər də mövcuddur. Məsələn: 24, 20, 18,  16, 14, 12. Təkər ölçüsü nə qədər kiçik olarsa bir o qədər manevr həssaslığı, sürət yığımı (yerindən götürməsi) daha kəskin olacaq. Lakin, maneələri dəf etmədə və sürətdə mənfi təsir göstərəcəkdir. Bir sözlə, boyunuza baxmayaraq kiçik ölçülü təkərlərdən istifadə edə bilərsiniz. Bir halda ki, həmin velosipedin çərçivə ölçüsü fiziologiyanıza uyğun olsun. Sual yarana bilər ki, “kiçik təkər ölçüsünə sahib velosipedi necə sürmək olar?”. Bu, cəmiyyətimiz arasında yayılan bir mifdir ki, “velosiped istifadəsi zamanı əsas təkər ölçüsünə baxmalısan” məfhumu (anlayışı) ilə seçim edirlər. Halbuki bu cür seçim tamamilə yanlışdır. Sualın cavabına gəldikdə isə bu məsələ çərçivə geometriyası ilə əlaqədardır. Məsələn, “mini velo” adlı velosipedlər 20 inch təkərə sahib olsa da çərçivə geometriyası onun böyüklər üçün istifadəsinə şərait yaradır. Daha dəqiq desək, istehsal səbəbi məhz böyüklər üçündür. Heç bir peşakar velosipedçi məhz təkər ölçüsünə görə velosiped seçimi etmir. Bike fit sahəsində də sözügedən üslub məqbul hesab olunmur.

 

 

Xülasə, təkər ölçüləri bədən ölçüsünə görə deyil istifadə şəraitinə, sürüş tərzinə əsasən müəyyən edilir. Bədən ölçüsünə müvafiq seçim yalnız çərçivə (rama) ölçülərinə şamildir.

Fiziologiyanıza mütabiq (uyğun) çərçivə (rama) ölçüsünü seçmək üçün ÇƏRÇİVƏ ölçüsü NECƏ SEÇİLİR? (BURADA LİNK QOYULACAQ) məqaləsinə baxmanız faydalı olacaqdır.

Xülasə, velosiped seçimi zamanı ilk öncə çərçivə ölçüsünə daha sonra sürəcəyiniz şəraitə görə təkər ölçüsünü müəyyən edəcəksiniz. Fiziologiyanıza uyğun çərçivə (rama) ölçüsünü seçmək üçün ÇƏRÇİVƏ ÖLÇÜSÜ NECƏ SEÇİLİR? məqaləsinə baxmanız faydalı olacaqdır.

Daha dəqiq seçim üçün Pedalchi servislə əlaqə saxlayın.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.