CategoriesBloq Velosipedlə düzgün davranış

Görünməz Sürəyənlər

pedalchi.az gece gorunme

Velosipedçi yolda görünmək üçün nə etməlidir?

Qısa yazı:

Velosipedçilər digər nəqliyyat istifadəçilərinə nəzərən yolun ən hərəkətli, səssiz və yayğın istifadəçiləridir. Məhs bu səbəblərə görə normal hava şəraitində belə, istəmsizcə digər hərəkət iştirakçılarına çətinliklər yarada bilirlər. Velosipedçilər gecə sürüşlərində, dumanlı, çiskinli, habelə yağışlı havalarda aşırı diqqətli olmalı, sürücülərin onları gördüyünə əmin olmalıdırlar. Hər hansı bir manevr zamanı sizi son saniyədə görməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilir. Bu, NV-lərinin (nəqliyyat vasitələrinin) sizi daha tez görməsi üçün aşağıdakı təcrübələrdən yararlana bilərsiniz.

 

Sürüş zamanı diqqət cəlb etmək üçün nə etmək lazımdır?

 

1) Parlaq arxa və ön işıqlardan istifadə edin. Lakin diqqət yetirin ki, istifadə etdiyiniz işıqlar digər sürücülər üçün görmə çətinliyi yaratmır.

gece surusu pedalci.az

gece surusu pedalci.az

 

2) Daha çox diqqət çəkmək üçün dəbilqə işıqlarından istifadə edin.

gece surusu pedalci.az

 

3) Geyim seçimində daha açıq və tez gözə çarpan rənglərə üstünlük verin.

gece surusu pedalci.az

 

4) Əgər rəngli geyimdən istifadə etmək mümkün deyilsə, mütləq xüsusi işıqqaytarıcı jilet və ya kəmərlərdən istifadə edin.

 

Ətraflı yazı:

Dumanlı, çiskinli, yağışlı havalarda habelə gecə sürüşlərində velosipedçinin yolda diqqət cəlb etməsi xəsarət və ölümdən qaçması üçün zəruridir. Ölkəmizdə bir çox velosiped istifadəçiləri gecə zamanı qara rənglərə üstünlük verərək yolda hərəkət edirlər. Bu, digər yol NV-lərinin (nəqliyyat vasitələrinin) diqqətini o qədər də cəlb etmir. Yanlız, velosipedçi ilə məsafəsi azaldıqda görür (bəzən heç fikir belə verilmir). Velosipedçilər NV-ləri arasında ən zəif təbəqə olduğu üçün hər hansı bir zərbə ciddi xəsarətlə nəticələnəcələnməsi yüksək haldır. Bu səbəblə ki, velosipedin maşın kimi heç biri qoruyucu təbəqəsi yoxdur, bütün zərbələrə qarşı açıq bir hədəfdir.

 

Ön/arxa işıqlar.

Ön işıqlar 2 yerə bölünür. Biri yolu işıqlandırmaq üçün, digəri isə cəlbetmək üçün. Sual yarana bilər ki, “ön işığın cəlbedici olması nə deməkdir?” Cəlbedici ön işıqların xüsusiyyəti ard-arda yanıb sönməsidir (marqat etməsidir). Belə ki, siz yolun sağ tərəfində irəllədiyiniz zaman solunuzda olan maşınlar ələlxüsus tıxac zamanı sağ tərəfə manevr etmək istədikdə sizi uzaqdan rahatlıqla görə biləcəklər. Bu da sizin üçün əlavə təhlükənin yaranmasının qarşısını alır. Ön/arxa işıq aldığınız zaman onun sukeçirməyən özəlliyə sahib olub-olmadığına diqqət edin. Gözlənilməyən yağışlar sizin ön/arxa işıqlarınızı sıradan çıxarıb sizi təhlükəyə sürükləyə bilər.

 

Cəlbedici geyimlər.

gece surusu pedalchi.az gece surusu pedalchi.az

 

Ölkəmizdə bir çox velosipedçilər xüsusən də yeni velosipedə başlayan Sürəyənlər adətən tünd rənglərdən istifadə edirlər. Bu kimi geyimlər gecə sürüşləri üçün əlverişli deyil. Velosipedçi sürüş vaxtı digər NV-lər üçün görünən olmasına diqqət etməlidir. Necə ki, vəzifəsi yol və maqistrallarda olan işçiləri belə rəngli və əksetdirici geyimlərdən istifadə edirlər. Misal olaraq, DYP və MKTB kimi orqanları gətirmək olar.

 

Əksetdirici geyimlər.

Pedalchi.az gece surusu

 

Əksetdirici jiletlərdən əlavə bir çox velosiped paltarında belə xüsusi əksetdirici parçalar da mövcuddur. Hətta, xüsusi olaraq qola və biləyə taxılan parçalar vardır ki, sizin daha tez seçilmənizə dəstək verəcəkdir.

 

Ümid edirik ki, verdiyimiz tövsiyələr hər bir velosipedçi üçün müəyyən bir üfüq açacaqdır. Nəzərə alın ki, bu kiçik görünən detallar sizin həyatınızı son anda qurtarmağa yarıdmçı ola bilər. İşıqqaytarıcıları münasib qiymətə əldə etmək üçün isə Pedalchi servis sizə yardıımçı olacaq. Müraciət edərək sizə uyğun olan məhsulu sifairş edə bilrəsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.