Toplam 55 km eniş olan marşrutumuz zamanı biz sıx meşəlikdən ibarət Altıağac Milli Parkına, əvəzolunmaz mənzərəli dağ zirvələri ilə yanaşı, səhra iqlimində yerləşən və ilk baxışdan Mars-ı xatırladan məhşur Candy Cane dağlarına səyahət edəcəyik!
Velosiped sürmə şəraiti: Bütün səyahətimiz velosipedçilərin cənnəti sayılacaq boş asfalt yolda və eniş şəraitində olacaq. Bu isə o deməkdir ki, maşın yolunda velosiped sürə bilən hər bir kəs bizə qoşula bilər!
Toplanma məntəqəsi razılaşdırılmış vaxtda Pedalchi ofisinin qarşısı 07:00. Ödənişə bələdçi, velosiped və personalın təhlükəsiz daşınması, səhər yeməyi qoruq biletləri, su daxildir.
Əlaqə: +99455 202 96 63