CategoriesBloq Velosipedlə düzgün davranış

Velosiped məni yorur (ətraflı)

pedalchi.az

Velosiped sürərkən yorulmamaq üçün nə etməli?

 

pedalchi.az velosiped meni yorur

Velosiped alarkən ilk öncə hansı yol örtüyündə sürəcəyinizi təyin etməlisiniz. Əks halda, dağ (mtb) velosipedi alıb, uzun məsafə sürüşləri etmək artıq efor və enerji sərfiyyatına səbəb olacaqdır. Halbuki, siz şəhər, hybrid və ya yol velosipedi alaraq dağ velosipedində sərf edəcəyiniz eforla qat-qat uzun məsafələrə səyahət edə bilərsiniz. Doğru velosiped seçimi üçün bu yazıya və ya Pedalchi servisə müraciət edə bilərsiniz.

 

  • Bədən ölçüsünə müvafiq olmayan çərçivə (rama) ölçüsü

pedalchi.az velosiped meni yorur

Doğru seçilməyən çərçivə ölçüləri sizin velosiped üzərindəki tənzimlənmələrinizə maneə yaradacaqdır. Bu səbəblə də fiziki xüsusiyyətlərinizi təmin etməyən tənzimlənmələr sizə həm bədən ağrıları (müntəzəm istifadədə isə, ciddi xəsarətin yaranması yüksək ehtimaldır) və daha çox enerji itirmənizə səbəb olacaqdır. Doğru çərçivə ölçüsü üçün bax.

 

3) Oturacağın yanlış tənzimlənməsi

pedalchi.az velosiped meni yorur

Oturacağın doğru tənzimlənməməsi həm diz problemləri həm də tez yorulmanın əsas səbələrindəndir. Məsələn: Əgər oturacağın çox hündürdə olarsa, ayağınızla verdiyiniz qüvvət tam olaraq pedala paylanmayacaqdır və yaxud oturacaq çox aşağıda olarsa, ayağınız daim təzyiq altında qalacaq və beləliklə daha tez yorulmanıza səbəb olacaqdır. Doğru tənzimlənmə üçün bax.

  • Kifayət qədər su içməmək

pedalchi.az velosiped meni yorur

Velosipedin yanacağı məhz sizsiniz. Əgər siz vaxtı-vaxıtında müntəzəm olaraq bədəninizi su ilə qidalandırmasanız, enerji itirəcəksiniz. İtirilən enerji isə, sizə yorğunluq olaraq geri dönəcəkdir.

 

  • Müntəzəm velosiped sürüşünün edilməməsi, passiv həyat tərzi.

pedalchi.az velosiped meni yorur

Əgər müntəzəm olaraq velosiped istifadə etmirsinizsə, bədəniniz velosiped məşqlərinə qarşı zəif qalacaqdır. Müntəzəm istifadə bədəninizlə velosiped arasında harmoniya yaradacaqdır. Əzələ kütləniz uzun sürüşlərə qarşı daha möhkəm olacaqdır.

 

Passiv həyat tərzi keçirmək, oturaq işdə işləmək bədəninizin süstləşməsi ilə nəticələnəcəkdir. Heç bir fiziki məşğuliyyətə istək olmayacaqdır. İstək olduğu halda belə, əzələ kütləniz buna hazır olmayacaqdır. Edəcəyiniz hər hansı bir məşğuliyyətdə bədəniniz tez yorulacaqdır.

 

6) Velosiped geyimindən istifadə edilməməsi

pedalchi.az velosiped meni yorur

Tez yorulmanın səbələrindən biri də doğru geyim seçimi etməməklə əlaqəlidir. Belə ki, velosiped geyimlərinin nəfəsalma, təri geyimdən çölə atmaq kimi xüsusiyyətləri mövcuddur. Sözügedən xüsusiyyətlər sizin tərləmənizin qarşısını alır. Əks halda siz pambıq, yun və.s kimi parçadan ibarət olan geyimlərdən istifadə etsəniz, bədən hərarəti artacaq və tərləyəcəksiniz. Bədənin itirdiyi su faizi də sizə yorğunluq olaraq geri dönəcəkdir.

 

7) Yüksək və ağır kadenslərdə (cadance) sürmək.

pedalchi.az velosiped meni yorur

Kadens, pedalınız çevirmə sürətidir. Kadens ölçü vahidi isə “RPM” olaraq adlandırılır. RPM sözünün açılışı “revolutions per minute”-dır. (1 dəqiqə ərzindəki pedal dövrü). Misal olaraq pedalı ən yuxarı hissəyə çəkərək, 1 dəqiqə ərzində neçə dəfə həmin hissədən keçməsi ilə hesablanır. Əgər siz velosipedi zəif kadenslə istifadə edirsinizsə, ayaqlarınız normaldan artıq təzyiqə məruz qalacaq bununla da bədəndəki qlükoza dəyəri sürətlə bitəcəkdir. İtirlən qlükozalar bədəninizdə halsızlaşma, yorğunluq kimi özünü göstərəcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.