CategoriesBloq Velosipedlə düzgün davranış

Oturacağın önə/arxaya doğru düzgün tənzimlənməsi

pedalchi.az bikefit

Oturacağa sürüş zamanı əyləşdiyiniz halda oturun. Bir ədəd ip götürərək ucuna ağırlıq (balaca daş və.s) bağlayın. Daha sonra pedalı saatın 3 istiqamətində olduğu (yerə tam paralel) vəziyyətə gətirin.

Bu zaman velosiped düz dayanmalı, ayaq dabanınız yerə paralel olmalıdır. Bunda sonra ipi dizinizin ucundan aşağı endirin. Əgər ip, ön ulduz pedalının uc hissəsinə düşürsə, oturacaq doğru mövqeydədir. Yanlışdırsa, oturacağı önə və ya arxaya edərək doğru nöqtəyə gətirməniz lazımdır.

 

 

Əgər sağ ayaqda olan ip pedalın uc hissəsinə düşürsə, lakin sol ayağı ölçəndə ip uc hissədən öndə və ya arxada olarsa, bu zaman hər iki ayaq məsafəsini pedalın uc hissəsində balanslaşdırmaq lazımdır (məs: sağ ayağı ölçərkən ip pedal ucundan bir az öndə dayanarsa, sol ayağı ölçəndə ipi pedal ucundan azacıq arxasına gələcək şəkildə balanslaşdırın). İpin pedal ucundan 1 və ya 1.5 sm öndə yaxud arxada olması qəbulolunandır.

Daha düzgün tənzimləmə üçün Pedalchi servisə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir