VELOTƏLİM

İllərin təcrübəsinə malik peşəkar təlimçi ilə Azərbycanda bir ilk olan VeloTəlimlərimiz

Bu təşəbbüs ilk dəfə 2016-cı ildə velosipedlərin təlimi ilə başlayaraq növbəti ildə keyfiyyətli velosipedlərin icarəsi və ölkədə ilk dəfə velotəlim xidmətinin yaranmasına qədər gətirib çıxardı. Velosiped sürməyin həm fiziki, həm də ruhi sağlamlığa təsirləri barədə, yəqin ki, hər bir kəs məlumatlıdır. Araşdırmalar göstərir ki, gündə sadəcə yarım saat belə velosiped sürmək infarkt və digər bu cür problemləri 80%-ə qədər azaldır. Eyni zamanda, stresi azaldaraq özünüzü daha yaxşı hiss etməyinizə şərait yaradır.

Bir də bunu günlük həyatınızın kiçik və maraqlı bir fəaliyyəti kimi düşünün, əyləncəlidir, elə deyilmi?

Təbii ki, velosiped sürməyi öyrənmək istəyənlər üçün velotəlimlərimiz öz tempində davam edir. Hətta xanımlarımız velotəlimlərə daha çox həvəslidir. Digər maraqlı fakt isə velosiped sürməyi öyrənmək istəyən şəxslərin, adətən, 40+ yaş qrupundan olmalarıdır. Bu çox əla nəticədir!

Deməli, öyrənməyin nə yaşı nə də cinsiyyəti yoxdur. Elə bu gün velotəlimlər üçün qeydiyyatdan keçin və həyatınızı müsbət yöndə dəyişdirəcək qərar üçün ilk addımı atmış olun. Gerisini isə biz həll edəcəyik😉

 

Velosiped sürmək yetərincə sadə prosesdir. Necə etməsini bildəndən sonra,velosipedi idarə etmək bacarıq deyil, şüuraltı vərdiş və şərti reflekslərin işləməsnə çevrilir.
Çox zaman insanlar velosipedi icarəyələyərək, sərbəst şəkildə öyrənir, lakin bir qisim insanlarda bir neçə qəzadan sonra fobia yaranır və uzun illər boyunca kənardan sadə görünən məşğuliyyət ən qorxulu yuxu kimi gəlir.

Biz 2016 cı ildən etibarən velosiped təlimləri ilə məşxul oluruq. Bu günə qədər yüzlərlə insanın 2 təkərə qalxmasında əməyimizin keçməsi qürurvericidir.  Bu sahədə ixtisaslaşmış təlimçilərimiz sizi, həm mənəvi, həm də fiziki dəstəkləyərək “əlçatmaz” görünən istəyinizə çatmağa yardımçı olacaq. Məhs fiziki təhlükəsiz, sığortalı təlim keçmək istəyən şəxslər bizi seçir.

  • 1 ci dərs: Velosipedlə tanışlıq, düzgün istifadə qaydaları, düzgün şəkildə yerindən götürülmə, təhlükəsiz dayanıb durma əməliyyatı, balans tutmaq və sərbəst şəkildə hərəkət.
  • 2-ci dərs: Dönmə əməliyyatları, manevr bacarıqları, maneələri düzgün və  velosipedə zərər vermədən aşmaq tətbiqi.
  • 3-cü dərs: Hərəkət zolağında veloyürüş etiketləri və velotur zamanı işarət dili, Sürət dəyişdiricilərin düzgün pozisiyalanması, qəza zamanı düzgün davranış.

Dərslər, müraciətçinin fiziki hazırlığından asılı olaraq 60-90 dəq. davam edir. Bir dərs üçün ödəniş 20 AZN-dir və təlimin əvvəlində ödənilir. Təlim zamanı təhlükəsizlik aksessuarları və uyğun velosiped tərəfimizdən təmin olunur. Təlimə yazılmaq üçün Pedalchi Velotəlim anketi– ni doldurun .

Təlimi uğurla başa vuran iştirakçı tərəfimizdən 120 dəqiqəlik HƏDİYYƏ velosiped icarəsi qazanacaq!