XƏBƏRLƏR

Sürəyənlərin dünyasında nə baş verir?

❗Biz sözümüzdə durduq və Azərbaycanda keçirilən ilk və hələ ki, yeganə #VeloQuest 1.0-i həyata keçirtdik!
 

Bəs siz velokvestin nə olduğunu bilirsiz?

Yarış martın 27-si, 14:00-dan başlayaraq axşam 23:00-a dək davam etdi. Belə ki, tədbirin birinci hissəsi velokvestə, ikinci hissəsi isə təltif etmə mərasimi və axşam əyləncəsi ilə yekunlaşdı.

❗Daha ətraflı məlumatlara keçməzdən öncə, bilməyən dostlar üçün velokvest nədir sualını cavablandıraq.
#Velokvest – tapmacalı velosiped yarışıdır. Fərqli və orijinal konsepti ilə seçilir. Belə ki, xüsusi mobil tətbiq üzərindən tapmaca və suallara düzgün cavab verərək velosipedlə təyinat nöqtəsinə çatmaq üçün hər bir iştirakçı zirək olmaqla yanaşı, həmçinin bilik və bacarıqlarını göstərməlidir.
Veloquest 1.0 zamanı məhz belə də oldu. İştirakçılar bu turniri böyük maraqla qarşıladılar. Yarış Bakı şəhərinin mərkəz ərazilərində yerləşən 10 müxtəlif təyinat nöqtəsindən ibarət idi və özünə məxsus tapmaca yaxud tapşırığa görə fərqlənirdi.
❗Sözü gedən mobil tədbiqdə iştirakçılar tapşılıqları düzgün yerinə yetirdikcə yarış balları qazanırlar və yalnış verilən cavablar isə qazanılan balları azaldır. Yarış avtomatlaşdırılmış mobil tətbiqlə idarə olunur və hər bir iştirakçının nəticələri tam dəqiqliyi ilə onlayn sistemdə qeyd olunur. Yarış üçün nəzərdə tutulmuş vaxt maksimum 5 saatdır.
❗Velokvestin əsas məqsədi velosipedçilərin fiziki güc və dünya görüşlərini sorğulamaqla Bakının irsi gözəlliklərini kəşf etmək və xoş xatirələr yaratmaqdır.
👏 Nəticələri gözdən keçirdikdən sonra qaliblər sponsor hədiyyələri ilə təltif olundular: 1-ci yer 200 AZN, 2-ci yer 100 AZN, 3-cü yer isə 50 AZN. Əlavə olaraq VeloKuryer , PedalchiIpeksu şirkətlərindən də simvolik hədiyyələr qazandılar. Daha sonra isə əyləncəyə yer ayrıldı.
❗Bu və gələcək layihələrimizdən xəbərdar olmaq üçün Pedalchi-nın Facebook və Instagram səhifələrini izləyə bilərsiniz.
Daha möhtəşəm formatlarla tezliklə qarşınızda olacağıq, izləmədə qalın! 🙂